Rusiyada arvadını döyüb öldürən azərbaycanlı tutulub

Petropavlovskda zorakılıqla qətlə yetirilmiş 43 yaşlı qadının cəsədi tapılıb. Hadisədə şübhəli bilinən qadının əri, 48 yaşlı azərbaycanlı saxlanılıb. Şəhər İstintaq Komitəsinin yaydığı məlumata görə, cəsəd iyunun 20-də Petropavlovsk şossesi  küçəsindəki mənzilədə aşkar edilib.  APA TV-nin məlumatına görə, qadının bədənidə cırmaq və qançır izləri lub və qabırğası bir neçə yerdən sınıb. Ekspertizanın nəticəsinə görə, ölüm döş qəfəsi və onurğanın qapalı travması nəticəsində baş verib. İlkin araşdırmaya görə, qadının əri onu ölümcül döyüb. Sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb. Qətlə yetirilmiş qadının milliyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

 

Müəllif | Apa.Tv