Rusiya Tacikistan vətəndaşlarının ölkəyə girişini qadağan etdi

Rusiyanın baş naziri Dmitri Medvedev Tacikistan vətəndaşlarının Rusiya ərazisinə girişini qadağan edən sənədə imza atıb. APA TV-nin məlumatına görə, baş nazirin imzaladığı sənədə əsasən, artıq Tacikistan vətəndaşları Rusiya ərazisinə yalnız xarici pasportlara gələ və qala biləcəklər. Bu günə qədər isə Tacikistan vətəndaşları Rusiya ərazisinə şəxsiyyət vəsiqəsi və yaxud doğum şəhadətnaməsi ilə daxil ola bilirdilər. Rusiya hökuməti artıq Gömrük İttifaqına daxil olan ölkələrin rəsmiləri ilə bununla bağlı danışıqlar aparmağa başlayıb. 2015-ci ilədək Gömrük İttifaqına daxil olan ölkələrin hökumət başçıları ilə bu istiqamətdə aparılan danışıqlar başa çatdırılacaq. 

Müəllif | Apa.Tv
Apa.tv