Kürdəmir sakinindən xeyli narkotik və silah-sursat götürülüb

Kürdəmir sakinindən 1.5 kiloqram narkotik və silah-sursat götürülüb. APA TV-nin xəbərinə görə, rayonun Çöhranlı kənd sakini Gündüz Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun evindən 30 ədəd  kibrit qutusuna doldurulmuş və 26 ədəd selofan torbada olan qurudulmuş marixuana aşkarlanıb. Saxlanılan şəxs  narkotik vasitəni özü əkib becərdiyini bildirib.

Həmçinin, Gündüz Kərimovun evindən bir ədəd  qanunsuz olaraq  saxladığı  16 mmlik qoşa lülə ov silahı və ona aid  30 ədəd  patron götürülüb. Faktla  bağlı  araşdırma davam etdirilir. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov