Terrorçular Veysəl Qəraninin türbəsini partladıblar
İŞİD terrorçuları tərəfindən partladılan Veysəl Qərani türbəsinin görüntüləri yayılıb. Türbə Suriyanın Rəqqa şəhərində yerləşir. APA TV-nin xəbərinə görə, İŞİD mart ayında Veysəl Karani türbəsini yararsız hala salıb, minarələrini uçurub. Sonra isə türbənin göyə sovurulacağı haqqında məlumatlar yayılıb. Görüntülərdə İŞİD-çilər türbənin şiələrə məxsusluğunu və şirk olduğu iddia edirlər.
Veysəl Qərani Məhəmməd Peyğəmbərin dövründə yaşayıb. İslam aləmində tanınmış şəxslərdəndir.