Braziliya millisi qrup birincisi oldu
Braziliyada futbol üzrə XX dünya çempionatında növbəti oyunlar keçirilib. APA TV-nin məlumatına görə, A qrupunun Kamerun-Braziliya matçında oyun sambaçıların qələbəsi ilə başa çatıb.
İlk qolu oyunun 17-ci dəqiqəsində Neymar vurub. Qarşılaşmanın 26-cı dəqiqəsində Matipin qolu ilə Kamerun yığması hesabı bərabərləşdirib. Oyunda 3-cü qol sevincini isə yenə də Neymar yaşadıb. Braziliyanın xeyrinə 4-cü qolu Fred vurub.
Matçın sonlarına yaxın, 84-cü dəqiqədə Braziliya yığması adından Fernandinyo 4-cü qolu vurub.
Qeyd edək ki, Kamerun qrupdan çıxmaq şansını itirib. Braziliya isə 4 xalla A qrupunun lideridir.