Meksika millisi növbəti mərhələdə; rəqib Hollandiya yığmasıdır

Dünya çempionatında 1/8 finala keçən ikinci komanda Meksika olub. Matçın 72-ci dəqiqəsinə qədər hesab açılmayıb. Bundan sonra isə meksikalılar dalbadal 3 qol vurublar.

Meksika-Xorvatiya oyununda ilk hissə heç-heçə başa çatıb.

 

Qarşılaşmanın 70-ci dəqiqəsində Rafa Markes künc zərbəsindən sonra başı ilə topu Xorvatiya millisinin qapısına göndərib.

Bundan 5 dəqiqə sonra isə Xuan Quadrado Meksika millisinin hesabdakı üstünlüyünü artırıb: Meksika 2 - Xorvatiya 0.

Xorvatiyaya növbəti mərhələyə çıxmaq üçün mütləq qələbə lazım idi. Meksikaya isə heç-heçə də kifayət edirdi.

82-ci dəqiqədə Çiçarito Meksika millisinin üçüncü qolunu vurub. 87-ci dəqiqədə isə Xorvatiya yığmasının futbolçusu İvan Perişiç hesab arasındakı fərqi azaldıb: Meksika 3 - Xorvatiya 1.

Beləcə Meksika millisi Xorvatiya yığmasını 3:1 hesabı ilə məğlub edib və pley-off mərhələsinə vəsiqə qazanıb. Meksikalılar növbəti mərhələdə Hollandiya yığması ilə qarşılaşacaqlar.

Müəllif | Apa.Tv