Mərdəkanda ağır qəza: sürücü maşında yandı
Bakının Mərdəkan qəsəbəsində ölümlə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Mərdəkan-Şağan yolunda baş verib. Qəza zamanı “VAZ 2106” və “ZİL” markalı yük maşını toqquşub. Zərbənin təsiridən “Zil”in yanacaq çənindən axan dizel yanacağı “VAZ 2106”ın üzərinə axıb. Nəticədə minik avtomobili yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşalrı çağırılıb. Olay yerinə gələn xilasedicilər “VAZ 2106” da yanan 27 yaşlı Abbasov Mirrəşid Mircəlal oğlunu meyitini aşkarlayıblar.
Polis əməkdaşlarının hadisə yerində apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, “ZİL”i idarə edən 28 yaşlı Famil Cəfərov köməkçi yoldan əsas yola çıxırmış. Bu zaman Mirrəşid Abbasov gözləmə nişanının tələbini pozaraq avtomobilini “ZİL”ə çırpıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.