ABŞ-da itkin düşən 168 azyaşlı cinsi istismara məruz qalıb
Amerikada xüsusi əməliyyat nəticəsində cinsi istismara məruz qalan 168-dən çox azyaşlı uşaq müəyyən edilib. APA TV-nin məlumatına görə, ABŞ mətbuatında yer alan xəbərə görə, Federal Təhqiqat İdarəsi və Milli Mərkəz son üç ay ərzində itən azyaşlı uşaqların axtarışı üçün səfərbər olub. "Qaçış" adı altında keçirilən xüsusi əməliyyat bir həftə ərzində ölkənin 106 şəhərində aparılıb. Hüquq-mühafizə orqanlarının 54 xüsusi hazırlıq görmüş bölməsinin apardığı axtarış nəticəsində az yaşlı uşaqları cinsi istismara məruz qoyan 300 nəfərdən çox şəxs həbs edilib. 300 nəfər ayrı-yarı şəhərlərdə həbs edilsələr də eyni qruplaşmanın üzvü olublar. Azad olunan uşaqların çoxu valideynlərinə qaytarılıb. Valideynləri olmayan 40 uşaq isə dövlət himayəsinə verilib. Son 11 ildə bu Amerikada keçirilən 8-ci böyük əməliyyatdır. Bu illər ərzində 3400 cinsi istismara məruz qalan uşaq müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən azad edilib. Nəticədə 1450 nəfər həbs edilib, cinayətkarlardan isə 3,1 milyon dollardan çox vəsait müsadirə olunub.