Təmir sexində qətl: 23 yaşlı oğlan həmyaşıdını öldürdü
Lənkəran rayonunda qətl hadisəsi baş verib. APA TV-nin cənub bürsosunun məlumatına görə, hadisə ötən gecə saat 2 radələrində rayonun Göyşaban kəndi ərazisində yerləşən maşın təmiri sexində qeydə alınıb. Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Bəhruz Fəyyaz oğlu Mikayılov şəxsi münasibətlər zəminində həmyaşıdı və həmyerlisi Elnur Rasim oğlu Kişiyevi bıçaqla qətlə yetib. Daha sonra Behruz Mikayılov hadisə yerindən qaçıb. Hazırda rayonun hüququ-mühafizə orqanları qətl törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalar aparılır.