Zakir Həsənov: "Düşmən hər dəfə böyük itki verərək geri çəkilir"
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan Silahlı Qüvvələrinin vəziyyətindən asılıdır".
APA TV-nin xəbərijnə görə, bunu Heydər Əliyev adına Ali Hərbi Məktəbində buraxılış mərasimindəki çıxışı zamanı müdafiə naziri Zakir Həsənov deyib. Silahlı Qüvvələrin sıralarına zabit kimi daxil olan hərbiçilərə müraciət edən nazir bildirib ki, onlar silahlı qüvvələrə yeni nəfəs, qarşıdakı döyüşlər üçün yeni ruh yüksəkliyi gətirməlidirlər: "Atəşkəs rejiminə baxmayaraq, cəbhə xəttindən hər gün atəş səsləri eşidilir. Postlarımız, səngərlərimiz, mülki əhalimiz atəşə tutulur. Ermənilərin kəşfiyyat-diversiya qrupları bizim mövqelərimizə hücumlar təşkil etməyə cəhd edirlər. Ancaq Silahlı Qüvvələrimizin bölmələri onları qabaqcadan aşkarlayır, neytrallaşdırır və düşmən hər dəfə böyük itki verərək geri çəkilir".
Zakir Həsənov düşməni daim qorxu içində saxlamağın Azərbaycan hərbçilərinin birinci işi olduğunu xüsusi vurğulayıb.