Bakıya gələn qatarın 5 vaqonu relsdən çıxaraq aşıb

Ötən gün səhər saatlarında Ağstafa stansiyasında Qazaxdan Bakıya gələn sement daşıyan yük qatarı relsdən çıxıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, stansiyada dayanan qatarın sementlə dolu 5 vaqonu hərəkətsiz vəziyyətdə relsdən cıxıb. Ağstafa stansiyasının rəisi Lətif Nağıyevin verdiyi məlumata görə, 8 vaqondan ibarət qatarın 3-ü yüksüz olub. Hadisə zamanı dalan yolda 30 metr dəmiryol xətti yararsız hala düşüb. Qəza magistral yolda olmadığından hərəkət məhdudlaşmayıb və qatarların gediş-gəlişinə maneələr yaranmayıb. Hazırda ərazidə təmir-bərpa işləri aparılır. 

Müəllif | Apa.Tv
Azər Məmmədli