Azərbaycandakı narkomanların sayı açıqlandı
"Ötən ilin yekunlarına görə, Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 28 min 367 nəfərdir. Onlardan 22 min nəfəri dispanser, 6 minə yaxını profilaktik qeydiyyatdadır. Qeydiyyatda olanların 393 nəfəri qadındır".
Bunu APA TV-yə Narkotiklərə Qarşı Mili Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev deyib: "Ümumiyyətlə statistikanı nəzərdə tuturuqsa, Azərbaycanda son beş ildə narkotik maddə ilə bağlı cinayət məsuliyyətinə cəlb olunanaların sayı artıb. İldə 3000 min cinayət faktı qeydə alınır. 2-3 min nəfər isə cinayət məsuliyyətinə cəlb olunur".
Məzahir Əfəndiyev bildirib ki, artıq orta məktəb şagirdləri arasında da bu bəlanın qurbanına çevrilənlər var. Onun sözlərinə görə, narkotikdən asılılığı olanların yenidən həyata qaytarılması üçün reabilitasiya mərkəzlərinin yaradılması vacibdir.
Bu gün narkotik maddələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə beynəlxalq mübarizə gününə həsr olunmuş " Mən narkomaniyanı belə görürəm" rəsm əsərlərindən ibarət sərgi keçirilib. 3 nominasiya üzrə mükafatlar təqdim olunub. Həmçinin narkomaniya ilə mübarizə istiqamətində aparılan maarifləndirlmə, təbliğat işinin gücləndirlməsində rol oynayan KİV nümayəndələrinə də sertifikatlar təqdim olunub.