Bakı sakini "Kalaşnikov" satarkən yaxalandı

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qanunsuz odlu silah əldə edib saxlama və satmaqda təqsirli bilinən şəxsi yaxalayıb. APA TV-nin xəbərinə görə, Bakı şəhər sakini, 43 yaşlı Serqey Şumenko 1 ədəd "Kalaşnikov" markalı avtomat silahı 1000 Amerika dollarına satarkən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən  cinayət başında saxlanılıb. Serqey Şumenko istintaqa ifadəsində bildirib ki, silahı 20 il əvvəl  qonşusundan alıb. Həmin vaxt qonşusu ona 2 ədəd F1 əl qumbarası və 1 ədəd avtomat silahı saxlamaq üçün verib. Lakin sonradan Serqey Şumenko qumbaralardan birini satıb. Digər qumbaranı satarkən isə tutularaq məsuliyyətə cəlb olunub. Avtomatı isə  gizlədərək polisə təhvil verməyib.  Kalaşnikov avtomatını  1000 dollara satarkən  poilis əməkdaşları tərəfindən yaxalanıb.  

Müəllif | Apa.Tv