Lənkəranda “BMW-X5” qəza törətdi, 3 azyaşlı ölümdən döndü

Lənkəranda 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 202-ci kilometrliyində, rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini Zaur Xanməmmədovun idarə etdiyi “BMW-X5” markalı minik avtomobili Lənkəran rayon sakini Saleh Mahmudovun idarə etdiyi “Niva” markalı, minik avtomobilinə çırpılıb. Güclü zərbədən hər iki avtomobilə ciddi ziyan dəyib. “Niva”nın sürücüsü Saleh Mahmudov, onun həyat yoldaşı Samirə Mahmudova və 24 yaşlı qızı Arzu Mahmudova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. İlkin müayinədən sonra Samirə Mahmudova stasionar müalicəyə cəlb olunub. Digər iki xəsarət alana isə müvafiq   tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisə zamanı "Niva"da 3 azyaşlı uşaq da olub. Xoşbəxtlikdən onların heç biri xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv