Samuxda sərxoş gənclərin davası qanlı bitdi

Samuxda bıçaqlanma baş verib. Rayon Polis Şöbəsindən APA-TV nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Nəbiağalı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Zirvə Cəfərov mübahisə etdiyi tanışı və kəndlisi, 1990-cı il təvəllüdlü Kənan Yusibovu bıçaqlayıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər: "Xəstə əməliyyat otağına götürülüb. Qaraciyər və yoğun bağırsaq yaraları tikilib. Hal-hazırda xəstənin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti keçirilən əmliyyata uyğun ağır hesab olunur".

 

Məlumata görə, hər iki şəxs sərxoş olub. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Azər Məmmədli