Qubada 36 min manatlıq oğurluq edən iki yeniyetmə tutuldu

Quba RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurlu etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Bunlar Quba sakinləri 17 yaşlı Əli Etibar oğlu Hüseynzadə və 16 yaşlı Elman Vəliyulla oğlu Cəlilovdur. İstintaq zamanı məlum olub ki, qabaqcadan əlbir olan dostlar Quba şəhər sakinləri Məryəm Əfəndiyeva və Lalə Qarayevaya məxsus yaşayış evlərinə girərək oradan 24 min manat nağd pul, 11200 manat dəyərində qızıl zinət əşyaları və 2 ədəd mobil telefon oğurlayıblar. “Əməliyyat”ları uğurlu alınsa, da tezliklə dostlar polis tərəfindən saxlanılaraq istintaq cəlb olub. APA TV-nin xəbərinə görə, hazırda fakla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vəli Turan