Kolumbiya qrup mərhələsini darmadağınla bitirdi
Kolumbiya millisi futbol üzrə dünya çempionatında qrup mərhələsinin son turunda Yaponiya yığmasını 4:1 hesabı ilə məğlub etdi.
Kolumbiya millisinin yarımmüdafiəçisi Xuan Kuadrado hesabı 17-ci dəqiqədə penaltidən açdı.
Birinci hissənin son saniyələrində Yaponiya yığmasının hücumçusu Sindzi Okadzaki hesabı bərabərləşdirdi.
İkinci hissə Kolumbiya yığmasının hesabı darmadağın həddinə çatdırması ilə yadda qaldı. 55-ci dəqiqədə Cekson Martines kolumbiyalıları hesabda irəli çıxardı. O, 82-ci dəqiqədə dubla imza atdı.
Cekson Martines oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə özünün üçüncü, komandasının isə dördüncü qolunu vurdu. Kolumbiya 4 - Yaponiya 1.
Qarşılaşmanın 85-ci dəqiqəsində kolumbiyalıların qapıçısı, vaxtilə Türkiyə "Qalatasaray"ının əfsanəvi heyətinin üzvü olmuş Fərid Mondraqon meydana çıxıb. Bununla da 43 yaşlı qapıçı dünya çempioanıtının ən yaşlı iştirakçısı olub.
Kolumbiya millisi qrup mərhələsini 9 xalla bitirdi. Kolumbiyalılar 1/8 finalda Uruqvay yığması ilə qarşılaşacaqlar.