Narkotikə görə tutulan azərbaycanlıya 15 illik həbs cəzası verilib
Murmanskda 2,5 kq heroin satmaq istəyən azərbaycanlı 15 il azadlıqdan məhrum edilib. Regional prokurorluğun yaydığı məlumata görə, bu barədə qərarı Leninskiy rayon məhkəməsi çıxarıb.
APA TV-nin xəbərinə görə, "Kərimov İsmayıl Əliməmməd oğlunun törətmək istədiyi cinayət sona çatdırılmayıb. O, hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılıb",- deyə məlumatda bildirilir.
Müsadirə olunan heroin 20 min müxtəlif dozaların hazırlanması üçün nəzərdə tutulub və bundan əldə olunacaq gəlir təxminən 294 min dollardır.
Cinayətkar cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.