Yanukoviç Ukrayanaya qayıtmaq istədiyini açıqladı

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç ölkədən qaçandan sonra ukraynalı jurnalist Olqa Berezovskaya ilk müsahibəsini verməyə razılaşıb.  Jurnalistlərin məlumatına görə, sabiq prezident Soçi kənarındakı xəstəxanada yatır və bura daha çox sansatoriyaya bənzəyir. Keçmiş prezidentin palatasının yanında mühafizəçilər keşik çəkirlər, ancaq onlar formada yox, adi geyimdədirlər. APA TV-nin məlumatına görə, palatada televizor var, keçmiş prezident Ukrayna ilə bağlı xəbərləri izləyir. "Mən istənilən an Ukraynaya qayıtmağa hazıram. Ancaq bir şərtlə, mənim və ətrafımın təhlükəsizliyinə təminat verilməlidir. Heç nəyi gizlətmirəm, şəxsən özümə görə qorxmuram. Ancaq mən mənə etibar edən insanların həyatı üçün cavabdehəm. Dəfələrlə demişəm, bir daha təkrarlayıram, açıq dialoqa hazıram və Ukraynada sülh və qayda-qanunun olması üçün kömək etməyə, bütün gücümü sərf etməyə hazıram, mən Kiyevi sevirəm. Bəsdir, müharibə, qan axıdılması, qardaş qırğınına son qoymaq vaxtıdır. Heç bir vəzifə - uğrunda dinc sakinlər ölürsə, qiymətli deyil". Jurnalistin "Ukraynanın cənub-şərqində yaranan situasiya - bu Rusiyanın Ukraynaya qarşı müharibəsidir, yoxsa vətəndaş müharibəsi?" sulaına gəlincə Yanukoviçin cavabı belə olub. "Heç biri deyil. Onlar Kiyev xuntası ilə həmrəy olmayan Ukrayna vətəndaşlarıdır. İndi Ukraynanı onu əvvəllər idarə etməyə layiq olmayan insanlar idarə edir. Bunlar bizim yaramazlıqlarına görə Regionlar Partiyasından qovduğumuz xadimlərdir. 2010-cu ildə hakimiyyətə gələndə etiraf etdim ki, ölkədə iqtisadiyyatı inkişaf etdirmək üçün yalnız möcüzə baş verməlidir. Bilirəm, mənə indi də məruzə edirlər, gileylənirlər ki, ölkənin büdcəsi necə oğurlanır. Ukraynalılar kimin həqiqətən oğru, kimin yalançı, iftiraçı olduğunu hələ görəcəklər". Keçmiş prezident Donetskə qayıtmaq arzusunda olduğunu deyib. 

Müəllif | Apa.Tv
Apa.tv