"Lukoil"i qarət edən dəstə üzvləri yaxalandı - YENİLƏNİB

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən dəstə üzvlərinin kimliyi müəyyənləşib. DİN-in mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, dəstə üzvləri Bakı şəhər sakinləri - 24 yaşlı Əli Həsənli, 19 yaşlı Şamxal Məmmədov, 20 yaşlı Zaur Hüseynov, 22 yaşlı Ağsu sakini Mirəli Gəraylı və 25 yaşlı Bərdə sakini Sadiq Abbasovdur.

 

5 nəfərlik dəstə zərəsizləşdirilib. Müəyyən edilib ki , qrup "Lukoil" YDM-a silahlı basqın ediblər. Basqın zamanı oranın əməkdaşlarına xəsarət yetiriblər. Bakı şəhərində digər cinayətlərdə iştrak edib etmədikləri müəyyənləşdirilir.

 

Dəstənin başçıları Əli Həsənli və Şamxal Məmmədovdur. Onlar əvvəlcədən əlbir olaraq xüsusi maskalar əldə ediblər, “LUKoil” yanacaqdoldurma məntəqəsinə basqın planlaşdırıblar. Hadisəni törədəndən sonra Suraxanı rayon sakini, 1976-cı il təvəllüdlü Aynurə Bayramovanın evinə  girərək   hədələmə yolu ilə mənzildən 220 manat pul və qızıl-zinət əşyalarını da götürərək hadisə yerindən qaçıblar. İstintaqla müəyyən edilib ki, dəstə üzvləri yanacaqdoldurma məntəqəısinə basqında “Tofaş” markalı avtomobildən istifadə ediblər. 

Hazırda tutulan dəstə üzvlərinin digər cinayətlərinin olub-olmadığı araşdırılır.  

Qeyd edək ki, iyunun 24-də Qaraçuxur qəsəbəsindəki YDM-yə hücum edən şəxslər orada işləyən 26 yaşlı Elvin Kərimova başından xəsarə yetiriliblər, 21 yaşlı Röyal İsmayılova isə dəmir parçası ilə zərbələr endiriıib. Maskalı şəxslər onların əl-qolunu “skotç”la bağlayıblar. Basqın nəticəsində 6 nömrəli “LUKoil” yanacaqdoldurma məntəqəsindən 5 min manatdan çox pul və videomüşahidə sisteminin bloku oğurlanıb. Ağır xəsarətlər almış Elvin Kərimov xəstəxanaya yerləşdirilib.

Müəllif | Apa.Tv