Rusiya qoşunlarının Ukrayna ərazisinə yeridilməsi barədə qərar ləğv edildi

Rusiya Federasiya Şurası “Rusiya Federasiyasının Silahlı Qüvvələrindən Ukraynada istifadə olunması haqqında” qərarı ləğv edib. APA TV-nin məlumatına görə, qərarın lehinə 153, əleyhinə 1 senator səs verib. Bundan başqa mövcud qanunvericiliyə əsasən dövlət başçısı müstəqil olaraq ölkədən kənarda ordunu istifadə etmək hüququnu özündə saxlayıb. Vladimir Putin iyunun 24-də Federasiya Şurası qarşısında Ukraynaya ordu göndərilməsi barədə qərarın ləğvi barədə məsələ qaldırıb. Onun mətbuat katibi Dmitri Peskov bildirib ki, məqsəd Ukraynanın şərq regionlarında vəziyyətin normallaşdırılması və yoluna qoyulmasıdır və bu addım tərəflər arasında danışıqların başlanması ilə əlaqədar atılıb.

Müəllif | Apa.Tv
Apa.tv