Qoyunlarını xilas elədi, özü qatarın altında qaldı - FACİƏ

Hacıqabul rayonunda bədbəxt hadisə baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında rayonun Qarasu kənd sakini, 1959-cu il təvəllüdlü Babayev Tacəddin Xanbala oğlunu Bakı-Qazax dəmir yolu xəttində qatar vurub.

 

Şahidlərin sözlərinə görə, Tacəddin Babayev səhər saatlarında qoyun otrarakən qatarın gəldiyini görüb və qoyunları geri qaytarmaq istəyərkən qatarın altına düşüb. Nəticədə T. Babayev hadisə yerində ölüb. Tacəddin Babayevin meyiti ekspertizadan keçirilmək üçün Şirvan şəhər məhkəmə tibbi ekspertiza və pataloji anatomiya mərkəzinə təhvil verilib. Faktla bağlı hacıqabul rayon  xətt polisi tərəfindən araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı