Vitali Kliçko Kiyevə mer təyin edildi

Ukraynanın dövlət başçısı Petro Poroşenko Kiyev Dövlət Şəhər Administrasiyasına yeni rəhbər təyin edib. APA TV-nin məlumatına görə, prezident sərəncamı ilə Vitali Kliçko Kiyevin meri təyin edilib. Bu barədə Kliçkonun lideri olduğu UDAR partiyasının saytında məlumat verilib. Sərəncam barədə hələlik Prezident Administrasiyasının saytında bildirilməsə də, bu barədə bu gün məlumatın veriləcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv