39 yaşlı kişi banklara borclu olduğu üçün özünü qatarın altına atdı

Goranboyda faciəvi hadisə baş verib. Banklara borcu olan rayon sakini özünü qatarın altına atıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağamalıoğlu kəndi ərazisində baş verib. 39 yaşlı Faiq Musayev yaşadığı kənddə intihar məqsədi ilə özünü qatarın altına atıb. Ağır bədən xəsarətləri alan Faiq Musayev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Həkim Ələddin Kərimovun dediyinə görə,

Faiq Musayev açıq kəllə-beyin travması ilə Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub. Xəstənin vəziyyəti ağırdır. İntensiv müalicə tədbirləri davam etdirilir. Prokurorluqda aparılan araşdırma zamanı məlum olub ki, Faiq Musayevin intihara cəhd etməsinin səbəbi onun banklara xeyli miqdarda pul borclu olmasıdır. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli