Bakılı və şərurlu gənclər Limanda külli miqdarda saxta pulla tutuldular


Lənkəranda iki nəfərdə xeyli miqdarda saxta pul aşkarlanıb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Şərur rayon sakini, 1987-ci il təvəllüdlü Əsgər Gülağa oğlu Abbasov və Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Cavidan Qurban oğlu Həsənov rayonun Liman şəhəri ərazisindəki mağazalarda üzərilərində gəzdirdikləri saxta pul əsginaslarını dəyişərkən şübhəli şəxs qismində saxlanılaraq Liman şəhər Polis Bölməsinə gətiriliblər. Müstəntiq Toğrul Hüseynov bildirib ki,

bölmədə onların üzərinə baxış keçirilərkən Əsgər Abbasovun üstündən 26 ədəd 100 manatlıq və 34 ədəd 50 manatlıq saxta əsginas aşkar edilərək götürülüb.

Faktla bağlı Lənkəran şəhər-rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 204.2 maddəsi ilə cinayət işi açılıb, istintaq davam etdirilir. Qeyd edək ki, bu gün Binəqədi rayon Məhkəməsində saxlanılan Əsgər Abbasovun eyni əmələ görə cinayət işi üzrə məhkəmə iclası keçirilməli idi. 

Müəllif | Apa.Tv