Novxanıda bıçaqlanan iki qardaşdan biri öldü

Abşeron rayonunda qətl törədilibAbşeron rayon Polis Şöbəsinin müstəntiqi Nəriman Atakişiyevin APA TV-yə verdiyi məlumata görə, hadisə Novxanı qəsəbəsində qeydə alınıb. Qohumlar arasında yaranan narazılıq davaya çevrilib. Buna səbəb qəsəbə sakini 24 yaşlı Vüqar Yusifovun borclu olduğu qohumları Asif və Vasif Məmmədov tərəfindən dəfələrlə təhdid edilməsi olub. Nəticədə Vüqar bıçağa əl atıb və qardaşları bıçaqlayıb. Müstəntiq Nəriman Atakişiyev bildirib ki, qarşı tərəf qardaşlardan borcunu istəyib. Qardaşlar isə qaytarmayacaqlarını bildiriblər. Cinayəti törədən şəxs də hadisə barədə danışıb. "Butulka ilə üstümə gəldilər, bıçağa çıxarıb havada yellədim dəydi".

 

Nəticədə 26 yaşlı Vasif Məmmədovu ölüb, Asif Məmmədov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.  Hadisəni törədən Vüqar Yusifov tutulub.  Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv