Nobel prospektində zəncirvari qəza; 3 maşın toqquşub

 

Bakının Nobel prospektində zəncirvari qəza baş verib. APA TV-nin məlumatına görə, qəza zamanı 3 maşın toqquşub. Ceyhun Hüseynovun idarə etdi "Prado" markalı avtomaşın qarşıda hərəkət edən Mehman İsmayılovun idarə etdiyi "Camry"ə və Şahin Babayevin idarə etdiyi "Mercedes"ə çırpılıb.

 

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Xətai Rayon Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, "Prado"nu idarə edən Ceyhun Hüseynov qarşısında qəfil manevr edən bir başqa maşına vurmamaq istəyib. Lakin o avtomobili qəfil sağa çəkən zaman öz hərəkət zolağı ilə gedən digər iki maşınla toqquşub.

 

Qəza nəticəsində prospektdə sıxlıq yaranıb. Avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar. Sürücülər isə yol polisi şöbəsinə dəvət olunublar. Qəzanın əsl səbəbi müşahidə kameralarına baxıldıqdan sonra müəyyən olunacaq. 

 

 

 

 

Müəllif | Apa.Tv