Bosniya və Herseqovina İranı 3-1 məğlub edib

 

Braziliyada keçirilən Dünya Çempionatında qrup mərhələsi başa çatmaq üzrədir. APA TV-nin məlumatına görə, Bosniya və Herseqovina ilə İranın görüşü İslam aləmi üçün güclünü müəyyənləşdirmək baxımından maraqlı olub. Cənub qonşularımızın 1/8 final şansları qalsa da, onlar bu şansdan istifadə edə bilməyiblər. İran 3:1 hesabı ilə məğlub olaraq turniri sonuncu yerdə başa vurub. Hesabı 23-cü dəqiqdə Bosniya və Herseqovina adından Dzeko açıb. 

Oyunda ikinci qolu da Bosniya və Herseqovina yığması vurub. 59-cu dəqiqədə Pyaniç komandasını ikinci qoluna imza atıb.

82-ci dəqiqdə İran fərqi birə endirib. Reza komandasının ilk və tək qolunu vurub: 2:1

 83-cü dəqiqədə Bosniya və Herseqovina fərqi ikiyə çatdırıb. 3-cü qolun müəllifi Vrşajeviç olub. Beləcə Dünya Çempionatına ilk dəfə qatılan Bosniya və Herseqovina, İranı 3-1 məğlub edib.

 

Müəllif | Apa.Tv