Cəlilabadda oğul ata və bacısını bıçaqladı

 

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kənd sakini, 19 yaşlı Əjdər Rasim oğlu Nəhmətov ailə münaqişəsi zəmnində atası, 48 yaşlı Rasim Nəhmətova və bacısı, 15 yaşlı Təhminə Əjdər qızı Nəhmətovaya bıçaqla bir neçə yerdən bədən xəsarəti yetirib.  Yaxınlarının sözlərinə görə, ruhi-əsəb xəstəsi olan Əjdər əvvəllər də münaqişə  zəminində ailə üzvlərini döyməklə onlara xəsarət yetirib.

 

Hər iki yaralı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək müvafiq tibbi yardıma cəlb olunub.  Ata ilə qızının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

 

 

Müəllif | Apa.Tv