İmran Cəfərzadənin məhkəməsində əlavə şahidlər dindiriləcək

 

Xaçmaz rayon Məhkəməsində “Nabran Holiday Village” istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan şəxslərin növbəti məhkəmə prosesi keçirilib.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şahid  ifadələri dinlənilib. Prosesdə 4 şahidin ifadəsi dinlənilib.

Şahid Əbilov Mehman  istintaqa verdiyi ifadəni  təsdiqləyib.

 Şahid qismində ifadə verən Artur Bayramovun isə istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yaranıb. Təqsirləndirilən şəxs Ramiz Əhmədovun vəkili Zaur İbadovun məhkəmədə əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsadəti təmin olunub.

 

 Növbəti məhkəmə prosesi iyul ayının 11-nə təyin olunub.

 

Qeyd edək ki, İmran Cəfərzadənin babası Cavanşir Baxşıyev məhkəmədən “Nabran Holiday Village”nin dəymiş ziyana görə 1,5 milyon manat təzminat ödəməsini istəyib.

 

 

Müəllif | Apa.Tv
Vəli Turan