İsveçrə Hondurası Şakirinin 3 qolu ilə məğlub etdi

 

Braziliyanın Manaus şəhərindəki "Amazonia" arenasında keçirilən matçda, Honduras ilə İsveçrə qarşılaşıblar. APA TV-nin məlumatına görə, İsveçrə, Şakirinin qollarıyla matça sürətli bir başlanğıc edib. İsveçrənin ulduz oyunçusu Şakiri 6-cı dəqiqdə komandasını önə keçirib. 

 

İkinci qolun da müəllifi Şakiri olub. O topu Honduras qapıçısı Milad Valladaresin uzanamayacağı küncə göndərib: 2-0

Oyunun 3-cü qolu da İsveçrədən gəlib. "Het-trik"ə Şakiri imza atıb.

O bu qolla komandasına qələbə qazandırmaqla yanaşı, Dünya Çempionatı tarixində "Het-trik"ə imza atan 50-ci futbolçu olub.

 

Müəllif | Apa.Tv