Nigeriyada terror aktı: 21 ölü, 52 nəfər

Nigeriyanın paytaxtı Abujanın mərkəzindəki "Emab Plaza" ticarət kompleksinin yaxınlığında partlayış törədilib. Partlayış nəticəsində 21 nəfər ölüb, 52 nəfər yaralanıb.

 

Polisdən verilən məlumata görə, partladıcı qurğu kompleksin qarşısındakı dayanacaqda saxlanmış avtomobilin içinə qoyulubmuş.
 

APA TV-nin xəbərinə görə, terrorçular Braziliyada keçirilən futbol üzrə dünya çempionatında Nigeriya-Argentina matçının başlanmasına 1 saat qalmış partlayışı törətməklə mümkün qədər çox adamın ölməsinə çalışıblar. Çünki matç ərəfəsində "Emab Plaza"ya insan axını gur olub. 

Terror aktına görə heç bir radikal və terrorçu qrup məsuliyyəti üzərinə götürməyib.
 

Nigeriya yığması isə 1988-ci ildən bəri ilk dəfə olaraq mundialın pley-off mərhələsinə çıxıb.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı