Türkiyəli rejissor: "Azərbaycan turizmi ilə bağlı film çəksəm..."

"Mən Dağlıq Qarabağ məsələsinə bir kino rejissor gözü ilə baxıram və  Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi olaraq görürəm".

 

APA TV-nin xəbərinə görə, bunu II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının münsiflər heyətinin türkiyəli üzvü kinorejissor Can Özbatur bildirib. Onun sözlərinə görə, Azərbaycan turizmi ilə bağlı nə zamansa film çəkərsə, Dağlıq Qarabağın Azərbaycan tarixinə verdiyi töhvələri filmində mütləq göstərmək istəyər: "Əgər bu filimdə siyasi məsələləri göstərməyə çalışmırıqsa və bu filim sadəcə bir ölkənin turizmi ilə bağlıdırsa, o zaman bu filimdə Dağlıq Qarabağın Azərbaycanın bütöv bir hissəsi kimi göstərərəm. Çünki reallıqda da Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Həm ruh olaraq həm, həm bütöv olaraq ayrılmaz bir hissə kimi mən filimdə bu nüansı göstərmək istəyərəm".

Türkiyəli kino rejissor bildirib ki, II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının öz şərtləri olduğundan və bu şərtlər içərisində siyasi proseslərdən kənar qalmaq tövsiyə edildiyindən festival çərçivəsində bu tip filmlərin göstərilməsi reallaşa bilməyəcək. 

 

Müəllif | Apa.Tv