Qaxda iki maşın toqquşdu, 5 nəfər yaralandı

Qaxda iki maşının toqquşması nəticəsində beş nəfər xəsarət alıb. APA TV-nin məlumatına  görə, hadisə iyunn 25-dən 26-a keçən gecə Qax şəhəri, Nətavan küçəsində baş verib. Rayonun Qaxbaş kənd sakini, 1987-ci il təvəllüdlü Tərlan Fərman oğlu Bayramovun idarə etdiyi “Lada” markalı avtomobillə Zaqatala şəhər sakini, 1988-ci il təvəllüdlü Qurban Məmmədəli oğlu Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Nəticəsində "Mercedes"in sürücüsü xəsarət almasa da, digər avtomobilin sürücüsü, onun sərnişinləri - Qax rayonu İlisu kənd sakinləri Nüşabə Baharova, qızı Bahar Baharlı, Qax şəhər sakini Məryəm Eyvazova və Əntiqə Şıxamirova xəsarət alaraq, Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

 

Qax RMX-dan APA TV-yə  verilən məlumata görə, xəsarət alanların vəziyyətləri orta-stabil və orta-ağır hesab edilir. Fakla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov