İlk uşağını dünyaya gətirən ana öldü - DOĞUŞ FACİƏSİ

Zaqatala rayonunda doğuş zamanı ana ölümü faktı qeydə alınıb. APA TV-nin xəbərinə görə, hadisə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində baş verib. Rayonun Bəhmədli kənd sakini İlahə Durmuşova qeysəriyyə əməliyyatı olunub, körpə götürülüb, ana isə narkozdan ayılmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, bu, ananın birinci doğuşudur. İlahə Durmuşovanın ölümünün səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv