Almaniya və ABŞ milliləri 1/8 fnalda!
Futbol üzrə dünya çempionatında Almaniya millisi ABŞ yığmasını 1:0 hesabı ilə məğlub etdi.
Qarşılaşmada yeganə qol ikinci hissədə vuruldu. Almaniya millisinin hücumçusu Tomas Müller 55-ci dəqiqədə hesabı açdı.
Bu qol Tomas Müllerin turnirdəki dördüncü qolu idi və o, bu göstəriyə görə Argentina və Braziliya millilərinin hücumçuları Lionel Messi ilə Neymarla bərabərləşdi.
Almaniya millisi bu qələbə sayəsində pley-off mərhələsinə qrup birincisi kimi çıxdı. Amerikalılar isə məğlubiyyətə baxmayaraq, qrupdan çıxan ikinci komanda oldular.