Rusiya, “Davay, do svidaniya ”

Rusiyanın futbol millisi dünya çempionatınn qrup mərhələsinin sonuncu turunda Əlcəzair yığmasına qalib gələ bilmədi. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitdi.

 

Rusiya millisi hesabı 6-cı dəqiqədə açdı. Aleksandr Kokorin Dmitri Kombarovun ötürməsindən sonra topu Əlcəzair yığmasının qapısından keçirdi.

 

 

Birinci hissə rusların üstünlüyü ilə başa çatdı.

 

60-cı dəqiqədə Əlcəzair yığmasının hücumçusu İslam Slimani Rusiya millisinin qapıçısı İqor Akinfeyevin çıxışdakı səhvindən yararlandı və hesabı bərabərləşdirdi - 1:1.

 

Bundan sonra oyunda qol olmadı. Beləliklə, Rusiya millisi 2 xal topladı və qrupda üçüncü yeri tutdu. Əlcəzair isə 4 xalla 1/8 finala vəsiqə qazandı.

 

Əlcəzair yığmasının növbəti mərhələdəki rəqibi Almaniya millisi olacaq.

 

Rusiya yığması isə dalbadal üçüncü dəfədir pley-off mərhələsinə vəsiqə qazana bilmir. Sonuncu dəfə 1986-cı ildə SSRİ yığması dünya çempionatında mərhələ keçib. SSRİ dağıldıqdan sonra isə Rusiya millisi 1994, 2002 və 2014-cü illərdə dünya çempionatında iştirak edib və qrupda qalıb.

 

Müəllif | Apa.Tv