Belçika millisi 1/8 finala qrup lideri kimi çıxdı

Dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Belçika millisi Cənubi Koreya yığmasını məğlub etdi. Qarşılaşma belçikalıların 1:0 hesablı qələbəsi ilə başa çatdı.

 

Belçika yığması 1-ci hissənin sonlarından azlıqda qaldı. Yarımmüdafiəçi Stiven Defur kobud qayda pozuntusuna görə qırmızı kart aldı.

 

Oyundakı yeganə qol 77-ci dəqiqədə vuruldu. Belçika millisinin müdafiəçisi Yan Vertongen fərqləndi.

 

Beləliklə, Belçika millisi qrup birincisi oldu. 1/8 finalda belçikalılar ABŞ yığması ilə qarşılaşacaqlar.

 

Müəllif | Apa.Tv