Sərxoş sürücü qəza törətdi: 3 yaralı

 

Ötən gecə Bakıda sərxoş sürücü qəza törədib. APA TV-nin məlumatına görə, yol qəzası Sabunçu rayonu ərazisində, Maştağa-Buzovna yolunda qeydə alınıb. 39 yaşlı Hüseyn Hüseynovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillə 33 yaşlı Saltuq Əmiraslanova məxsus "QAZ-3110" markalı maşın toqquşub. Hər iki maşın Maştağa qəsəbəsinə doğru hərəkətdə olub və "QAZ-3110" "VAZ-21011"ə arxadan çırpılıb. Toqquşmadan sonra maşınlar yoldan çıxaraq aşıb. Hər iki sürücüü və "QAZ-3110"da olan sərnişin 40 yaşlı Eldar Dadaşov xəsarət alıblar. Xəsarət alanlar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

 

Qəzaya səbəb olan sürücü Saltuq Əmiraslanov isə qəzanın necə baş verməsi ilə bağlı danışmaq istəmədi.

 

Qəza ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb. Qəzanın dəqiq səbəbi və günahkar sürücünün kimliyi araşdırmaların yekununda məlum olacaq.

 

Müəllif | Apa.Tv