Əmək kitabçaları dövrü bitdi: Son 3 gün

İyulun 1-dən etibarən işçi və işəgötürənlər arasında bağlanmış hər bir əmək müqaviləsinə dövlət nəzarəti həyata keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemini (EİS) ictimaiyyətə təqdim edib. APA TV-nin xəbərinə görə, nazir Səlim Müslümov deyib ki, işəgötürənlərin vergidən və məcburi sığorta ödəmələrindən yayınmaq məqsədi ilə muzdlu işçiləri qeyri-leqal formada çalışdırması, əməyin mühafizəsinə görə məsuliyyətdən azad olunmaq məqsədi ilə mülki müqavilələrin bağlanması, əmək müqavilələrinin uçotunun dəqiq aparılması və bu məsələlərə dövlət nəzarətinin həyata keçirilməsi zərurətini yaradıb.

 

Qaydalar nazirliyin rəsmi saytında yerləşdirildirilib. Həmin əlavələrdə əmək müqaviləsi bildirişinin, habelə əmək müqaviləsi bağlanıldığı, dəyişiklik edildiyi və ya xitam verildiyi halda əmək müqaviləsi bildirişinin formaları əksini tapır:

 

İşəgötürənlər bu sistemə daxil olmaqla, minumim informasiya əlavə edib maksimum informasiya əldə etmək, işçiləröz hüquqlarını bundan sonra müdafiə etmək imkanına malik olacaqlar.

 

Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması üçün sahibkarlara 3 ay vaxt veriləcək. Bu müddət ərzində qeydiyyat həyata keçirilməzsə, müvafiq cərimələr tətbiq olunacaq: "Cərimələr olduqca yüksəkdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlarlı 3 min manatdan 5 min manata, fiziki şəxsləri isə 20 min manata qədər cərimə gözləyir. Xeyli sayda işçini elektron qeydiyyata almayan sahibkarı isə 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir".

 

Aparatının İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemini təqdim edib. Müqavilədə işçi barədə məlumatlara onun şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya koduna (FİN) dair məlumatlar da əlavə edilməlidir. Həmçinin işəgötürən barədə məlumatlara sığortaedənin uçot nömrəsinin (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsinin (SSN), şəxsiyyətini təsdiq edən sənədin pin kodunun və ya fərdi identifikasiya nömrəsinin (FİN) əlavə edilməsi tələb olunur.

Müəllif | Apa.Tv