Gözətçi qoruduğu göldə boğuldu

Balakəndə suda boğulma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Katex kənd inzibati ərazisində balıq yetişdirilməsi üçün yaradılmış süni göldə qeydə alınıb. Gölün gözətçisi, rayonun Mahmalar kənd sakini, 1968-ci il təvəllüdlü Aslan Qaracayev çimmək üçün gölə girib və boğulub. Aslan Qaracayevin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov