Sərhədçilərimiz Rusiya və İrana məxsus gəmiləri heyət üzvləri ilə birlikdə saxlayıblar
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin gəmiləri, katerləri və sahil nəzarəti məntəqələri tərəfindən cari ilin ilk 6 ayında Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində 67 gəmi və 220 qayığa baxış keçirilib.
DSX-nin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə rejim qaydalarını pozduğuna görə, Azərbaycana məxsus 20, Rusiyaya məxsus 2, İrana məxsus 2 gəmi, Azərbaycana məxsus 182 qayıq, 307 nəfər heyət üzvü saxlanılıb.
Hesabat dövründə 57 sahibsiz qayıq, 1 477 625 metr müxtəlif çeşidli balıq ovlama toru, 292 744 ədəd istifadəsi qadağan olunmuş balıq ovlama qarmaqları aşkar olunaraq götürülüb.