Bakıda mənzillərə qənim kəsilən oğru tutuldu
Xəzər RPİ Cinayət Axtarış Şöbəsi və 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən 1988-ci il təvəlüdlü Xızı rayon sakini Bəhruz Hüseynov tutulub. Müəyyən edilib ki, o, martın 11-də Hövsan Südçülük sovxozunda yaşayan Gündüz Məmmədovun evindən 800 manat, qızıl-zinət əşyaları, iyunun 16-da isə Binə qəsəbəsi Südçülük sovxozunda yaşayan Pərvin Cəbrayılovanın evindən 2230 manat, 400 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlayıb.
Əvvəllər xuliqanlıq maddəsi ilə məhkum olunan Hüseynov barəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.