Göyçayda güclü yanğın: Ailə evsiz qaldı

Göyçay rayonunda əsən güclü külək bir ailəni evsiz qoyub.

 

Rayon Yanğından Mühafizə Hissəsindən APA TV-yə verilən xəbərə görə, hadisə Yeniarx kəndində qeydə alınıb. Kənd sakini, 79 yaşlı Məhbubə Əhmədovaya məxsus ümumi sahəsi 180 kvadratmetr olan evdə bas verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub. Hadisə zamani ev içindəki əşyalar və sənədlərlə birgə tamamilə yanaraq yararsız hala düşüb. Evdə heç kim olmadığı üçün yanğınsöndürənlərə gec məlumat verilib. Yanğın zamanı yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.

 

Hadisənin hansı səbəbdən bas verdiyi hələ ki, məlum deyil. Hadisə zamani xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov