Bərdədə narkotik maddə hazırlayan Ahıska türkü yaxalandı
Bərdədə qanunsuz narkotik tərkibli maddə hazırlayan Gəncə şəhər sakini saxlanıb. APA TV-nin xəbərinə görə, əslən Ahıska türkü olan 45 yaşlı Paxrəddin Svanidze Bərdə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. O, üzərindən tapılan narkotik vasitəni Tərtər rayonu ərazisində boş sahədən yığıb. RPŞ-dən bildirilib ki, Paxrəddin Svanidze Tərtər rayonuna işləməyə gəlib. Saxlandığı zaman onun üzərindən yaş halda ümumi çəkisi 2 kiloqramdan çox olan narkotik tərkibli bitki aşkarlanıb. O, bitkini qurudaraq narkotik vasitəyə çevirmək niyyətində olub. Faktla bağlı CM-nin 234.1 maddəsiylə cinayət işi açılıb. Hazırda polis əvvəllər də bu işlə məşğul olan Paxrəddin Şivanidzenin narkotik bitkini hansı yolla əldə etdiyini araşdırır.