Göyçayda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib
Göyçay şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-niın məlumatına görə, hadisə iyunun 28-də gecə saat 00:30 radələrində şəhərin Nizami küçəsində qeydə alınıb. 1983-cü il təvəllüdlü Abbasov Taleh Əlövsət oğlu idarə etdiyi 23-BC-380 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili ilə yolu keçən piyada, 1934-cü il təvəllüdlü Şərifova Gülnaz Səid qızını vurub. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. İlkin məlumata görə, hadisəyə avtomobilin sürətlə idarə olunması səbəb olub. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.