Bakıda qətl: İki dostun park gəzintisi birinin ölümü ilə bitdi

Bakıda qətl hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayon ərazisində yerləşən Ramiz Aboyev adına istirahət parkında qeydə alınıb. Zərdab rayonunda anadan olan, 1967-ci il təvəllüdlü Şəhriyar Qiyas oğlu Əhədov aralarında yaranan münaqişə zəminində tanışı, 1964-cü il təvəllüdlü Namiq Ağa oğlu Ağayevi bıçaqlayaraq qətlə yetirib. Polis və prokurorluq orqanlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən Şəhriyar Əhədov tutulub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv