Sabirabadda dəhşətli qətl: 25 yaşlı gəncin başını kəsdilər - YENİLƏNİB

Sabirabadda qətl törədilib. Sabirabad rayon prokurorluğundan  APA TV-nin Mil-Muğan bürosuna  verilən məlumata görə, hadisə bu gün saat 04.00 radələrində Sabirabad   rayonunun Əli Kərim küçəsində  baş verib. Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Araz Qabil oğlu Fərəcov aralarında yaranan münaqişə zəminində tanışı, 1989-cu il təvəllüdlü Abbas Nazim oğlu Fətullayevin boğazını kəsici alətlə kəsərək qətlə yetirib. Qətlin motivi barədə Sabirabad rayon prokurorluğunda istintaq işləri aparıldığından əlavə məlumat verilməsə də, qətli törədən şəxsin atasının bildirdiyinə görə, qətl namus üstündə baş verib. Belə ki, onun mərhum oğlunun həyat yoldaşının şəkili Nazim Fətullayevin evindən çıxıb. Məhz bu zəmində yaranan mübahisə sonda qətlə səbəb olub. Hadisəni törədən şəxs  Araz Fərəcov Sabirabad polisi tərəfindən sübhəli şəxs qismində tutulub. Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv