Ağsuda dəhşətli qəza: "İnfiniti" külə döndü, sürücü yanaraq can verdi

Ağsu rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Ağsu-Göylər avtomobil yolunun 7-ci  kilometrliyində qeydə alınıb. Rayonun Cəfərli kənd  sakini  23 yaşlı Faiq  Məmmədovun  idarə  etdiyi  “İnfiniti” markalı minik  avtomobili  yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Hadisə nəticəsində avtomobilin sürücüsü Faiq Məmmədov dünyasını dəyişib. Avtomobildəki sərnişin - rayonun Qaraqaşlı kənd sakini 23  yaşlı Famil  Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı zərbənin təsiri nəticəsində avtomobil yanaraq yararsız vəziyyətə  düşüb. Hadisə ilə bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov