Şəkidə yaşayış evi yanıb

Şəkidə yanğın hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, hadisə rayonun  Daşüz kəndində  Tahir Aburəhmanova məxsus, ümumi sahəsi 120 kvadrat metr olan 4 otaqlı  evdə baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində  4 otaqlı evin  80 kvadrat metr dam örtüyü, evin bir otağı və bir sıra ev əşyaları yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanğın zamanı evdə olan digər əşyalar qonşuların köməkliyi ilə evdən çıxarılıb. Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv